Dayanıqlı İnkişaf üzrə Yeni Gündəliyə dair razılıq əldə edilib

Dayanıqlı İnkişaf üzrə Yeni Gündəliyə dair razılıq əldə edilib backend

Bu ilin sentyabrında dünya liderləri tərəfindən qəbul ediləcək Dayanıqlı İnkişaf üzrə Yeni Gündəliyə dair razılıq əldə olunub.



BMT-nin Bakı ofisindən AZƏRTAC-a bildiriblər ki, Yeni Gündəlik 2030-cu ilədək yoxsulluğa son qoyaraq qlobal iqtisadi rifahı, sosial inkişafı və ətraf mühitin qorunmasını təşviq edəcək.

Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrdən 193-ü icmal sənədə dair razılıq verib. Bu sənəd Nyu-Yorkda Dayanıqlı İnkişaf Sammitində dayanıqlı inkişaf sahəsində yeni gündəlik olacaq.

BMT-nin baş katibi Pan Gi Mun sazişi alqışlayaraq onun dünyamızın tarixi dönüş nöqtəsi olan universal, inqilabi və inteqrə edilmiş gündəliyi əhatə etdiyini söyləyib: “Bu, insanların gündəliyidir, hər yerdə bütün aspektlərdə yoxsulluğa birdəfəlik son qoymaq və heç kəsi unutmamaq üçün fəaliyyət planıdır. Sənəd sülh və əmin-amanlığı təmin edir, insanlarla və mahiyyət etibarilə planetlə tərəfdaşlığı formalaşdırır. İnteqrə edilmiş, bir-biri ilə əlaqəli və ayrılmaz olan 17 dayanıqlı inkişaf məqsədi insanların məqsədlərini və bu yeni gündəliyin miqyasını, universallığını və iddiasını nümayiş etdirir.

Baş katib qeyd edib ki, BMT sistemi Əddis-Əbəbədə inkişaf üçün maliyyələşmə üzrə üçüncü beynəlxalq konfransın uğurlu nəticəsinə əsaslanan və dekabr ayında ətraf mühitlə bağlı Parisdə mühüm sazişin əldə edilməsinə də töhfə vermiş yeni gündəliyin icrasını dəstəkləməyə hazırdır.

BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark deyib: “Bu saziş dünyamızı inklüziv və dayanıqlı istiqamətə yönləndirən mühüm mərhələdir. Birlikdə çalışsaq vətəndaşların sülh, əmin-amanlıq və rifahı naminə arzularını reallaşdırmaq və planetimizi qorumaq şansı əldə edəcəyik”.

Yeni dayanıqlı inkişaf gündəliyinin yekun sənədini rəsmən qəbul etmək məqsədilə 150-dən artıq dünya liderinin sentyabrın 25-27-də Nyu-Yorkda, BMT-nin baş qərargahında keçiriləcək Dayanıqlı İnkişaf Sammitində iştirak edəcəyi gözlənilir.

Dayanıqlı inkişaf üzrə yeni məqsədlər və daha geniş dayanıqlılıq gündəliyi bundan kənara çıxaraq yoxsulluğun kökündə duran səbəbləri, bütün insanlara xidmət edən inkişafa dair ümumbəşəri ehtiyac məsələsini hədəfə alır.
Diaspora