Yollarda sürət həddi endirildi

Yollarda sürət həddi endirildi backend

Bakıda əsas magistral avtomobil yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik.

Diaspora