Qeyri-iş və iş günü olan BAYRAMLAR

 Qeyri-iş və iş günü olan  BAYRAMLAR backend

Oktyabrın 29-da Milli Məclis Əmək Məcəlləsində dəyişikliklərə səs verib.

Yenilik Azərbaycanda qeyri-iş günü olan dövlət bayramlarını belə sıralayır: Yeni il – 1-2 yanvar; Qadınlar Günü – 8 mart; Novruz bayramı – 20-24 mart; Qələbə Günü – 9 may; Müstəqillik Günü – 28 may; Milli Qurtuluş Günü – 15 iyun; Silahlı Qüvvələr Günü – 26 iyun; Zəfər Günü – 8 noyabr; Dövlət Bayrağı Günü – 9 noyabr; Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – 31 dekabr; Ramazan bayramı – 2 gün; Qurban bayramı – 2 gün.

Bu dövlət bayramları iş günüdür: Müstəqilliyin Bərpası Günü – 18 oktyabr; Konstitusiya Günü – 12 noyabr; Milli Dirçəliş Günü – 17 noyabr.

Əmək Məcəlləsinə görə, şənbə və bazar günləri ilə iş günü hesab olunmayan bayram günləri üst-üstə düşəndə həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

Yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Ümumxalq Hüzn Günüdür. Həmin gün iş günü deyil.

Sentyabrın 27-si Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günü kimi rəsmiləşib, iş günü sayılır.

Novator.az

loading...
Diaspora