Zorlanan 11 yaşlı qız körpə dünyaya gətirdi - Komitədən açıqlama

Zorlanan 11 yaşlı qız körpə dünyaya gətirdi -  Komitədən açıqlama backend

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Report"a açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb.

"Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır".

*****

İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız qeysəriyyə əməliyyatı edilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə məlumat verib.

O bildirib ki, qız əməliyyat olunub:

“Əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib. 11 yaşlı qız reanimasiyaya yerləşdirilib”.

*****

Azərbaycanda 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə İmişli rayonunda qeydə alınıb. 

Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib. 

Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.

loading...
Diaspora