“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev İmişli rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Neftçala rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Salyan rayon sakinlərinin müraciətlərini dinləyiblər.

Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Baş direktor və müavinləri Regional qaz istismarı İdarələrinin rəhbərlərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.

loading...
Diaspora