“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçirilib

“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçirilib backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün növbəti dəfə "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə görüşüb.

Qaziler.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, məqsəd kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əlaqələrin daha əlçatan, şəffaf və operativ qurulması olub. “Azəriqaz”ın inzibati binasında təşkil olunmuş aksiyada baş direktor KİV nümayəndələrinin qaz təchizatı ilə bağlı suallarını cavablandırıb. Həmçinin R.Əliyev sosial şəbəkə üzərindən vətəndaşların ünvanladığı sualları da cavablandırıb, daxil olan müraciətlərin araşdırılaraq həll olunmasına dair aidiyyatı üzrə tapşırıq verib.

“Azəriqaz” media nümayəndələrini bu aksiyada iştirak etməyə, yaranan sualları birbaşa olaraq İstehsalat Birliyinin baş direktoruna ünvanlamağa çağırır.

loading...
Diaspora