Milli Məclisin iclasında deputat Fazil Mustafa şəhid ailələri ilə bağlı təklif verib.
Oxu.Az-ın məlumatına əsasən, deputat ata-anaları vəfat edən şəhidlərin bacı-qardaşlarının mənzillə təmin edilməsinin vacibliyini dilə gətirib.
“Elə şəhidlərimiz var ki, ata-anaları rəhmətə gedib. Belə şəxslərin sayı elə də çox deyil. Onların bacı-qardaşları var. Halbuki, həmin bacı-qardaşlar bir zamanlar həmin şəxslərin himayəsində idi”, - deyə F.Mustafa əlavə edib.
O bildirib ki, həmin ailələr mənzil məsələsindən kənarda qalırlar və onlara müavinətlər şamil edilmir:
“Bu ailələrə də güzəştlər mütləqdir”.