"Azəriqaz" Siyəzəndə quşçuluq təsərrüfatı olan sahibkarları dinləyib

"Azəriqaz" Siyəzəndə quşçuluq təsərrüfatı olan sahibkarları dinləyib backend

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Siyəzən rayonunda növbəti "Açıq mikrofon" aksiyası keçirib.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiyada quşçuluq təsərrüfatı olan sahibkarların problemləri dinlənilib.

İş adamları "Səyyar qəbul otağ"ının imkanlarından istifadə edərək öz problemlərini səsləndiriblər. Görüşdə "Azəriqaz"ın baş direktorunun müavini Rəşad Cavadov, İstehsalat Birliyinin digər struktur bölmələrinin rəhbərləri, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin, Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər. Sahibkarlarla keçirilən görüşün imkanlarından digər vətəndaşlar da yararlanıblar. Onlar da üzləşdikləri çətinliklərdən söz açıblar. Bütün müraciətlər qeydə alınıb.

"Açıq mikrofon" aksiyası 3 aydır ki, keçirilir, vətəndaşların, eləcə də sahibkarların problemlərinin yerində dinlənilməsinə və tez həll olunmasına xidmət edir.

loading...
Diaspora