Həştərxanda “Kaspi günü“ forumuna keçiriləcək

Həştərxanda  “Kaspi günü“ forumuna keçiriləcək backend

Avqustun 12-13-də Rusiya Federasiyasının Həştərxan şəhərində "Kaspi günü" adlı forum keçiriləcək. Həştərxan vilayətinin hökuməti Azərbaycanın işgüzar dairələrini tədbirdə iştiraka dəvət edir.



Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, forumda Xəzəryanı ölkələrin ictimai, elmi, işgüzar və rəsmi strukturları nümayəndələrinin iştirakı ilə əməkdaşlıq məsələlərinin müzakirəsi, innovasiyalar sərgisinin açılışı və birgə şənliklərin təşkili planlaşdırılır. Tədbir Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hər il keçiriləcək dialoq meydançası kimi nəzərdə tutulub.
Diaspora