Ruslan Əliyev ərazi partiya təşkilatının sədri seçildi

Ruslan Əliyev ərazi partiya təşkilatının sədri seçildi backend

Bu gün “Azəriqaz” İB-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı üzrə Yusif Səfərov 35 ünvanında yerləşən ərazi partiya təşkilatının hesabat yığıncağı baş tutub.

Tədbirin gündəliyində ərazi partiya təşkilatının VI qurultaydan sonrakı dövr ərzində fəaliyyəti, ərazi partiya təşkilatının sədr və müavininin seçilməsi olub.

İlkin olaraq ərazi partiya təşkilatının sədri Ruslan Əliyev hesabatla çıxış edib. Görülən işlər barəsində ətraflı məlumat verib. Həmçinin yığıncaqda məruzə xarakterli çıxışlar da edilib. Birliyin Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin Mülki müdafiə qərargahının rəisi Əlibaba Bayramov və Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərovun çıxışı dinlənilib. Məruzəətrafı çıxışda Ərazi partiya təşkilatının işi qənaətbəxş qiymətləndirilib. Sonda Ruslan Əliyev səsvermə yolu ilə YAP Xətai rayon təşkilatı üzrə Yusif Səfərov 35 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Əlibaba Bayramov isə sədrin müavini seçilib.

Diaspora