"Azəriqaz" Siyəzən sahibkarlarının problemini dinləyəcək

"Azəriqaz" Siyəzən sahibkarlarının problemini dinləyəcək backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Siyəzən rayonunda təşkil olunacaq.

Qaziler.az-ın İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri rayonun Xətai küçəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” oktyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Diaspora