Azərbaycanda gələn il üçün hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsait açıqlanıb

Azərbaycanda gələn il üçün hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsait açıqlanıb backend

Gələn il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan vəsait məlum olub.

APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bunun üçün dövlət büdcəsindən 4 489 892 429,0 manat vəsait ayrılacaq.

Bu vəsaitdən müdafiə qüvvələrinə 2 153 165 727,0 manat, milli təhlükəsizlik xərclərinə 285 501 146,0 manat, sərhəd xidmətinə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 4 119 118,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 1 600 442 500,0 manat ayrılacaq.

Diaspora