"Orda olsaydım, Ərdoğanı bağrıma basıb, o üzündən, bu üzündən öpərək deyərdim ki..."

"Orda olsaydım, Ərdoğanı bağrıma basıb, o üzündən, bu üzündən öpərək deyərdim ki..." backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. İlham Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsib.

 

Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət buna görə bir füzulili kimi çox sevindiyini bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ürək sözlərini ünvanladı:

 

“Keçən dəfə də Ərdoğan Füzulidə olanda demişdi ki, füzuliləri çox istədim. Əgər orda olsaydım, deyərdim baxmayaraq ki, milyonlarla dünya xalqları var, amma bir prezidentləri belə yoxdur. Amma dünyada çox nadir yazıçılardanam ki, mənim iki Prezidentim var, camaatın bir bayrağı yoxdur, amma mənim iki bayrağım var. Orda olsaydım, Ərdoğanı bağrıma basıb, o üzündən, bu üzündən öpərdim. Bir üzü Türkiyə, bir üzü Azərbaycan.

 

Bu hava limanıyla Füzulinin bütün dünyaya qapısı açıldı. Beynəlxalq Hava Limanıdır, bu sizə zarafat gəlməsin. Özü də o hava limanı təyyarə sürətiylə, doqquz aya tikildi. O da qəribədir ki, doqquz aya insan da dünyaya gəlir və Füzulidə də nəhəng bir aeroport dünyaya gəldi.  Çox mübarək olsun, çox sevinirəm, doğrudan da uçmağa qanadım yoxdur. Türkiyə həmişə Azərbaycanın qəlbində olub. Amma indi bir fərq var ki, Türkiyə həm qəlbimizdə, həm də Azərbaycandadır. Öz yerlərində, yurdlarındadır. Biz də Türkiyədə həmçinin. Bundan gözəl nə ola bilər? Qoy dostlar sevinsin, düşmənlərin də bağrı çatlasın”. 

Diaspora