Binəqədi rayonunda neft şirkətinin ərazisində inşa edilmiş evlərin sökülməsinə dair 1000-dən artıq məhkəmə qərarı var.
Lent.az-ın məlumatına görə, bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu gün rayonda 2014-cü ilin yekunlarına həsr edilmiş yığıncaqda bildirib. İcra başçısı qeyd edib ki, sökülməsinə qərar verilən həmin evlərin əksəriyyəti 2006-2007-ci illərdə verilən sənədlər əsasında inşa edilib.Qeyd edək ki, Binəqədi rayonunun ərazisinin 51 faizi neft şirkətinin balansındadır.