Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib - FOTO

Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib -  FOTO backend

Ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Qazilər.az-a bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. Tağıyev İlkin Həmid oğlu

2. İsmayılov Seymur Sabir oğlu

3. Şirəliyev Mehman İbrahim oğlu

4. Orucov Samir Surxay oğlu

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 144 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 98-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

loading...
Diaspora