Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb backend

Qubadlı rayonunda ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qubadlı rayonu ərazisindəki düşmənin tərk etdiyi hərbi mövqelərdən 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitələr və digər sursatlar aşkarlanıb.

Bundan əlavə Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks tədbirlər zamanı rayonun Davudlu, Bəxtiyarlı və Əliquluuşağı kəndlərinin ərazisində yabanı halda bitmiş ümumi çəkisi 7 tona yaxın olan 12 668 ədəd çətənə bitkisi yığılaraq məhv edilib.

loading...
Diaspora