Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə DANIŞDI - YENİLƏNİB

Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə DANIŞDI - YENİLƏNİB backend

Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Modern.az-a danışan 86 yaşlı A.Rasi-zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur:

“Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam”.

Artur Rasi-zadə deyib ki, doğrudan da bugünlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.

***11.57

Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadənin səhhətində problem yaranıb.

Modern.az-ın məlumatına görə, sabiq baş nazir hazırda Bakı şəhərində deyil, o, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur.

Qeyd edilib ki, o, yaxın vaxtlarda Bakıya qayıdacaq.

loading...
Diaspora