Birlik əlilliyi olan şəxsləri mükafatlandırdı - FOTO

Birlik əlilliyi olan şəxsləri mükafatlandırdı -  FOTO backend

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı Sosial Xidmətlər Agentliyi, YAP Sabunçu təşkilatı,  Boccia İdman Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə Bakı Şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Əlilliyi olan Şəxslərin Peşə- Əmək  Reabilitasiya  Mərkəzində bir qrup  əlil vətəndaşlartımızın  mükafatlandıılma mərasimi keçirilib. 

Qazilər.az-a daxil olan məlumata görə, mükafatlandırma mərasimdə Sosial Xidmətlər Agentliyinin nümayəndəsi  Əlilliyi olan Şəxslərin Peşə- Əmək  Reabilitasiya Mərkəzin direktoru Rəhilə Həsrətova , YAP Sabunçu təşkilatının sədri Misirxan Vəliyev, YAP Sabunçu təşkilatının aparat rəhbəri  Rəşad Abbasəliyev Vətən Müharibəsi Əlillərinə Kömək İçtimai Birliyinin sədr əvəzi Qalib Əliyev, ictimai birliyin sədr müavini, Məcid Məmmədov, Birliyin icraçı direktoru Zamin Zeynal, Millət vəkili  Əliabbas Salahzadənin köməkçisi  Hikmət Bunyatov, Boccia İdman Federasiyasının Baş katibi  İlham Məhərrəmov, Qazilər iştirak edərək çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası ilə bağlı məsələlər Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima diqqət mərkəzindədir.

Əlilliyi olan şəxslərə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən  işlərdə vətəndaş cəmiyyətilə birgə ideya və təşəbbüslərin əhəmiyyətindən danışıblar.

Natiqlər qeyd ediblər ki, əlilliyi olan şəxslərlə bağlı bütün məsələlərdə birlik və həmrəylik olduqca vacibdir.

Birliyin icraçı direktoru Zamin Zeynal çıxış edərək qeyd etdi,  Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən  Prezident cənab İlham Əliyevin ictimai siyasət kursunu əsas götürərək Dövlət QHT münasibətləri  fonunda  Əlilliyi olan vətəndaşlarımıza ictimai,sosial,mənəvi dəstəklə bağlı tədbir və layihələr gələcəkdə davam etdirəcək.

Diaspora