Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli, 273 nömrəli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə" Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin iyul ayı ərzində aşağıda adları göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmişdir:
1."May Vey Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 52) "My Way" mehmanxanası, 29.07.2015-ci il tarixli, qeydiyyat nömrəsi 601, seriya №-si 083974; faktiki ünvan: Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 59;
2.Fiziki şəxs Mustafayev Mustafa Mahmud oğluna (hüquqi ünvanı: Hacıqabul rayonu, Nəvahi kəndi) "Dostluq" istirahət mərkəzi, 27.07.2015-ci il tarixli, qeydiyyat nömrəsi 602, seriya №-si 083975; faktiki ünvan: Masallı rayonu, Qəriblər kəndi;
3."Azpetrol Ltd." Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Böyük Qala küçəsi, 37) "Motel", 03.09.2012-ci il tarixli, qeydiyyat nömrəsi 372, seriya №-si 083976; faktiki ünvan: Qusar rayonu, Samur qəsəbəsi ərazisi (surət);
4.Fiziki şəxs Şahverdiyev Əhmədiyə Yusif oğluna (hüquqi ünvanı: Bakı şəhəri, Şərifzadə küçəsi, ev 40, mənzil 17) "Business Palace" mehmanxanası, 27.07.2015-ci il tarixli, qeydiyyat nömrəsi 603, seriya №-si 083977; faktiki ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 2082-ci məhəllə, Ziya Bünyadov pr., ev 146 A.
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 338-ə çatmışdır.