Gəncə terrorunun qurbanları Romada yad edilib - FOTO

Gəncə terrorunun qurbanları Romada yad edilib -  FOTO backend

Azərbaycan-İtaliya Birliyinin təşkilatçılığı ilə Roma şəhərinin “Piazza del Popolo” meydanında Ermənistanın hərbi-siyasi rəhbərliyinin Gəncə şəhərində törətdiyi dəhşətli müharibə cinayətinin qurbanları yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qazilər.az-a daxil olan məlumata görə, aksiya zamanı ötən ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən kənarda yerləşən Gəncə şəhərinin yaşayış rayonlarına raket zərbələri endirməsini, bu xain hücum nəticəsində mülki vətəndaşların həlak olması və
yaralanmasını, Azərbaycan həqiqətlərini və “Qarabağ Azərbaycandır!” şüarını əks etdirən plakatlar nümayiş etdirilib.

Aksiya çərçivəsində italiyalı və azərbaycanlı musiqiçilərin ifasında hər iki ölkənin klassik və xalq musiqisi nümunələri təqdim olunub. “Sarı gəlin” xalq mahnısı xüsusi maraqla qarşılanıb.

Dinc aksiyanı izləyən və meydandan keçən yerli sakinlərə Azərbaycan həqiqətlərinə dair italyan dilində hazırlanmış məlumat vərəqələri, broşürlər və təbliğat materialları paylanılıb.

Diaspora