“Azəriqaz” Zərdabda “Açıq mikrofon” aksiyası keçirib

“Azəriqaz” Zərdabda “Açıq mikrofon” aksiyası keçirib backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi kommunal sektorda ilkə imza atılaraq başlanılan "Açıq mikrofon" aksiyasını davam etdirir. 

Qaziler.az “Azəriqaz”a istinadən xəbər verir ki, bu dəfə "Səyyar qəbul otağ"ı Zərdab rayonunun Kəndəbil kəndində təşkil olunub.

21-ci dəfə təşkil olunan aksiyanın imkanlarından bu kəndin sakinləri ilə birgə Ağabağı kəndinin sakinləri də istifadə ediblər. Görüşdə "Azəriqaz"ın və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri kənd sakinlərinin təklif və problemlərini dinləyiblər.

Vətəndaşlar təbii qaz olmaması səbəbindən əsasən payız-qış mövsümündə üzləşdikləri çətinliklərdən söz açıblar. Sakinlər qarşıdan gələn qış aylarında hər iki kəndin qazlaşdırılmasını xahiş ediblər. Daxil olan hər bir müraciət İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə təqdim olunduqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.

İndiyə qədər Zərdab rayonunda 40 yaşayış məntəqəsindən 36-ı təbii qazla təmin olunub. 

Diaspora