Baş qazinin məzarı ziyarət olundu - FOTO

Baş qazinin məzarı ziyarət olundu -  FOTO backend

Bu gün "Qarabağ qaziləri" İctimai Birliyinin üzvləri təşkilatın ilk sədri olmuş Baş Qazi Etimad Əsədovun məzarını ziyarət ediblər

Bu barədə Qaziler.az saytına ictimai birlikdən məlumat verilib.

Baş qazinin məzarının ziyarət edilməsi onun vəfatının üçüncü ildönümü və Azərbaycanın Müstəqilliyinin Bərpası Günü reallaşıb.

"Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev və digər iştirakçılar E.Əsədovun məzarı başında çıxış edərək onun keçdiyi döyüş yolundan, müharibədən sonra (atəşkəs dövründə-red.) qazilərin haqları, hüquq və mənafelərinin qorunması yönündə apardığı mübarizədən danışıblar.

Ziyarət zamanı Etimad Əsədovun ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!

Diaspora