“Şəhid qızı” hər kəsi ağlatdı - VİDEO

“Şəhid qızı” hər kəsi ağlatdı -  VİDEO backend

“Azxəbər” informasiya portalı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günündə yeni layihəsini təqdim edib.

“Şəhid qızı” adlanan layihə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş bütün şəhidlərimizə həsr edilir.

Layihənin ideya müəllifi Hacıbəy Heydərli, şeirin müəllifi Sədaqət Əhmədova, səsləndirən isə Aytac Vəlibəylidir.

Sədaqət Əhmədova vətənpərvərlik mövzusunda olan bir çox şeirin müəllifidir. Onun “Torpağına canım qurban, Azərbaycan” şeiri 44 günlük Vətən müharibəsi zamanı ən çox səsləndirilən əsərlərdən olub.

Layihənin ideya müəllifi Hacıbəy Heydərli deyib ki, şəhid övladlarına sahib çıxmaq hər bir azərbaycanlının borcudur: 

“Şəhidlərimiz öz şirin canlarından vətən uğrunda, bizim xoşbəxtliyimiz, qürurlu və başıuca yaşamağımız üçün keçdilər. Bizim də borcumuz onların yadigarlarına - övladlarına sahib çıxmaqdır. Hər birimiz çalışmalıyıq ki, onların qeydinə qalaq, onları yaşadaq. “Şəhid qızı” layihəsi də məhz şəhidlərimizin övladlarına həsr edilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

“Şəhid qızı” adlı əsəri təqdim edirik: 

Diaspora