Azərbaycan BMT məhkəməsini Ermənistana qarşı müvəqqəti tədbirlər tətbiq etməyə çağırır

Azərbaycan BMT məhkəməsini Ermənistana qarşı müvəqqəti tədbirlər tətbiq etməyə çağırır backend

Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası üzrə Beynəlxalq Ədalət Məhkəməsində dinləmə keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan tərəfinin nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT məhkəməsində çıxışında bildirib ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təcili olaraq Ermənistana qarşı müvəqqəti aralıq tədbirlərinin tətbiq edilməsini zəruri hesab edir.

E. Məmmədov çıxışında tarixdən bəzi nümunələr gətirib, o cümlədən 1992-ci il fevralın 25-26-da erməni silahlı birləşmələrinin hücumları nəticəsində xeyli sayda insanın həlak olduğu, yaralandığı, əsir və girov götürüldüyü, itkin düşdüyü Xocalı soyqırımın barədə danışıb.

“Erməni silahlı birləşmələrinin gözündə onların törətdiyi yeganə cinayət etnik azərbaycanlı olmaları idi. Yalnız bu səbəbdən onları öldürdülər, girov götürdülər, işgəncə verdilər, evlərindən qovdular. Ermənistan on illərdir, sürən etnik təmizləmə siyasətini hazırda da davam etdirir”, - deyə o bildirib.

E. Məmmədov qeyd edib ki, müvəqqəti aralıq tədbirləri barədə qərarın verilməsi bu birbaşa təhlükədən müdafiə üçün zəruridir: “Ermənistan, həmçinin silahlı qruplaşmalara sığınacaq verməklə, dezinformasiyaların yayılmasını maliyyələşdirmək və buna dəstək verməklə azərbaycanlılara qarşı nifrəti qızışdırmağa və zorakılığa davam edir”.

Diaspora