Gəncədə erməni terroru zamanı şəhid olanların xatirəsi anılıb – FOTO - VİDEO

Gəncədə erməni terroru zamanı şəhid olanların xatirəsi anılıb –  FOTO - VİDEO backend

Gəncədə Vətən müharibəsi zamanı ermənilərin şəhərdə törətdiyi terror hadisəsi zaman şəhid olanların xatirəsi anılıb.

“Report” xəbər verir, anım mərasimində Milli Məclisin üzvləri, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyəti, həmçinin İslam, xristian və yəhudi din xadimləri iştirak ediblər.

Mərasim zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına ehtiram əlaməti olaraq dualar oxunub.

Diaspora