"Azərbaycanın dağları da qardaşımızdı" - Türkiyə səfiri

"Azərbaycanın dağları da qardaşımızdı" -  Türkiyə səfiri backend

“Qafqazların və tanrı dağlarının sərin sularından içdim, dəstəmaz aldım. Anladım ki, dağlar da qardaşdır”.

Qazilər.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün tviter səhifəsində yazıb.

Qeyd edək ki, C.Bağçı bu gün bir qrup xarici diplomat və yerli media nümayəndələri ilə birgə Tərtər rayonunun işğaldan azad olunan Talış kəndi və Suqovuşan qəsəbəsində səfərdə olub.

Diplomatları və media təmsilçilərini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edib.

loading...
Diaspora