Prezident Şəmistan Əlizamanlını təltif etdi - SƏRƏNCAM

Prezident Şəmistan Əlizamanlını təltif etdi -  SƏRƏNCAM backend

Oktyabrın 16-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qazilər.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilənlərin siyahısında Şəmistan Əlizamanlının adı da var. 

Qeyd edək ki, Prezidentin “Tərəqqi” medalı ilə təltif edilən Şəmistan Əlizamanlı Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədridir. 

"Qazilər.az" saytı və "Qarabağ qaziləri” İctimai Birliyinin bütün üzvləri Şəmistan Əlizamanlını ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır!
 

Diaspora