Milli Məclisdə xüsusi iclas keçiriləcək

Milli Məclisdə xüsusi iclas keçiriləcək backend

Milli Məclis 8 Noyabr - Zəfər Gününün birinci ildönümü ilə bağlı xüsusi iclas keçirəcək.

Bunu açıqlamasında parlament Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, toplantıda Vətən müharibəsi, Azərbaycanın qələbəsi və 8 Noyabr - Zəfər Günü ilə bağlı çıxışlar ediləcək: "Daha sonra isə Milli Məclisin bəyanatı qəbul olunacaq".

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunacaq.

loading...
Diaspora