Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif - YENİLƏNİB - VİDEO

Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif -  YENİLƏNİB - VİDEO backend

“Azərbaycanda tələbə qıza əxlaqsız təklif edən maklerlə bağlı araşdırma aparılır”.

Bunu Oxu.Az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır”, - deyə o qeyd edib.

11:44

Azərbaycanda makler tələbə qıza əxlaqsız təklif irəli sürüb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, tələbə qız kirayə qalmaq üçün Ruslan adlı maklerə zəng edib. Makler evin 200 manat qarşılığında kirayəyə verildiyini deyib, sonra isə qeyd edib ki, kirayədə qalan qızla münasibəti yaranarsa, qiymətdə endirim edəcək.

Ruslan hətta qıza gələcəkdə birlikdə həmin evdə qala biləcəklərini də deyib.

loading...
Aydinyol.az