Ölkəmizə dair zəngin kitab kolleksiyası Özbəkistanda universitetə hədiyyə edilib

Ölkəmizə dair zəngin kitab kolleksiyası Özbəkistanda universitetə hədiyyə edilib backend

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəflər arasında imzalanan memoranduma əsasən Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edib.

Qazilər.az xəbər verir ki, kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər var.

Kolleksiyada Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə AMM-nin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb.

Təqdim edilən nəşrlər arasında AMM-nin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər nəşrlər olub.

Diaspora