Heydər Əliyev Fondunun dəstəyi ilə 44 günlük müharibədən bəhs edən SAYT YARADILDI - FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə 44 günlük müharibədən bəhs edən SAYT YARADILDI - FOTO backend

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.44days.info portalı təqdim olunub. 

Qazilər.az xəbər verir ki, sayt Vətən müharibəsinin xronikasını təqdim edəcək. 

8 başlıqdan ibarət olan portal 44 günlük Vətən müharibəsinin salnaməsini Azərbaycan, rus və ingilis dillərində izləyicilərə çatdırır.

Saytda Prezident İlham Əliyevin xalqa müraciətləri, müsahibələri, tvitləri, videokonfransları, onlayn görüşləri və müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışıqları, yerli və beynəlxalq qurumların, müxtəlif ölkələrin və təşkilatların nümayəndə heyətləri ilə keçirilən qəbulları barədə məlumatlar yer alıb. 

Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi açıqlamaları, məqalələr, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hücumlarla bağlı informasiyalar portalda əksini tapıb.  

Əsas səhifədə müharibənin hər günü və Ermənistanın kapitulyasiyasını ifadə edən üçtərəfli bəyanat yer alıb.  

Bundan başqa, müharibənin hər günü ayrıca bölmələrdə təqdim edilir, həmin günə aid xarici mediada dərc olunan məqalələr və analitiklərin proqnozları mətn və linklərdə əks olunur. 

Portalda “44 günlük müharibəyə gedən yol”“Mülki əhaliyə hücum” bölmələri də yer alıb. 

Bundan əlavə, portalda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, işğal olunan ərazilərdə mədəni irs və təbii sərvətlərimizə qarşı ermənilər tərəfindən törədilmiş cinayətlər və Xocalı Soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən baza da öz əksini tapıb. 

Saytın təqdimatında Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev və Saytın işçi qrupunun üzvü Şamxal Əbilov çıxış edib. 

loading...
Aydinyol.az