Filippinin şimalında FIRTINA olacaq

Filippinin şimalında FIRTINA olacaq backend

Filippinin şimalında fırtına xəbərdarlığı elan edilib. Bu mövsümün ən güclü "Soudelop" tayfunu arxipelaqa doğru yaxınlaşır. Tayfun ilk növbədə Filippinin şimal adası Batanes üçün təhlükəli sayılır. Burada güclü yağış və külək gözlənilir.


AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, "Soudelop" arxipelaqın şimalında avqustun 8-dək qalacaq, sonra Çinin sahilyanı əyalətlərinin cənub və şərq istiqamətlərinə yerini dəyişəcək.

Qasırğa tədricən öz qüvvəsini itirir. Bu gün küləyin sürəti episentrdə saatda 210 kilometrə çatır, halbuki dünən saatda 250 kilometr olub.

Qeyd edək ki, 2013-ci ilin yanvarında Filippində "Xayan" tayfunu baş vermişdi. Bu, arxipelaqın bütün tarixi ərzində ən dağıdıcı qasırğa idi. Hadisə nəticəsində 6 min nəfər həlak olub, 12 milyon insan bu və ya digər dərəcədə xəsarət alıb, 10 min yaşayış məntəqəsi ziyan çəkib
Diaspora