Azərbaycanda şagirdlərə qəzalı məktəbdə dərs keçilir: Acınacaqlı görüntülər - VİDEO

Azərbaycanda şagirdlərə qəzalı məktəbdə dərs keçilir:  Acınacaqlı görüntülər - VİDEO backend

Qax rayonunda məktəb qəzalı vəziyyətdədir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, rayonun Qartala kəndində şagirdlər şəraitsiz məktəbdə dərs keçirlər. Şagirdlərin dərs keçdiyi sinif otağında döşəmənin və tavanın bərbad vəziyyətdə olması, həmçinin otağın qapısının olmaması görüntülərdə əksini tapıb.

Hava şəraitinin soyuq olması şagirdlərin sinif otağında qalın gödəkçə və papaqda oturmalarına səbəb olur. Bundan əlavə şagird sayının az olması da diqqət çəkən məqamlar arasındadır.

loading...
Aydinyol.az