Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağırdır - AÇIQLAMA

Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağırdır -  AÇIQLAMA backend

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan "Report"a bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb.

"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Diaspora