Milli Məclisdən 28 May və 18 Oktyabrla bağlı QƏRAR

Milli Məclisdən  28 May və 18 Oktyabrla bağlı QƏRAR backend

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

“Report”un xəbərinə görə, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

loading...
Aydinyol.az