Bakı Zooloji Parkına giriş üçün QİYMƏTLƏR AÇIQLANDI

Bakı Zooloji Parkına giriş üçün  QİYMƏTLƏR AÇIQLANDI backend

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərin üzünə açıb.

Qaziler.az-ın məlumatına görə, Bakı Zooloji Parkı hər gün saat 10.00-dan 17.30-a qədər fəaliyyət göstərir.

Zooparka giriş biletinin qiyməti böyüklər üçün 5, uşaqlar üçün isə 2 manat təşkil edir. Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün bilet pulsuzdur. Qazilər, Vətən müharibəsi əlilləri üçün giriş güzəştli qaydadadır.

Diaspora