Mövlud Çavuşoğlu ABŞ-a səsləndi: “İlk növbədə özünüzə baxın”

Mövlud Çavuşoğlu ABŞ-a səsləndi:  “İlk növbədə özünüzə baxın” backend

Türkiyə ABŞ-ı İŞİD terrorçularını Suriyadan Əfqanıstana göndərməkdə ittiham edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə venesuelalı həmkarı Feliks Plasensia ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyə XİN başçısının sözlərinə görə, İŞİD terrorçularını avtobus və təyyarə ilə Suriyadan Əfqanıstana daşıyan ABŞ Ankaranı nədəsə tənqid etməzdən əvvəl ilk növbədə özünə baxmalıdır.

Bununla əlaqədar olaraq, M. Çavuşoğlu İŞİD-in güclənməsinin qarşısını almaq üçün “Taliban”la əməkdaşlığın zərurətinə diqqət çəkib. (oxu.az)

Mənbə: “Sputnik” Əfqanıstan

loading...
Aydinyol.az