Təbii fəlakətdən ən çox ölkənin şərq hissəsi - Rakxayn ştatı əziyyət çəkib. Myanmada aramsız yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb.
Təbii fəlakətdən ən çox ölkənin şərq hissəsi - Rakxayn ştatı əziyyət çəkib. Burada yüzlərlə evi su basıb. Bəzi bölgələrdə suyun səviyyəsi 2 metrə çatıb. Azı 260 min insan təbii fəlakətdən əziyyət çəkir.Təbii fəlakət ən çox ölkənin şərq hissəsi - Rakxayn ştatına zərər vurub. Burada yüzlərlə evi su basıb.
Təbii fəlakət sonrasında ölkədə yaranmış humanitar böhranla əlaqədar hökumət beynəlxalq ictimaiyyətdən yardım istəyib. Çağırışlara artıq Amerika Birləşmiş Ştatları, Tailand, Çin və Yaponiya cavab verib. Amerika daşqınlardan əziyyət çəkən insanlar ərzaq paylayıb.
Hökumət daşqın təhlükəsinin hələ sovuşmadığını, ştatın bəzi bölgələrində çayların bəndləri aşamaq təhlükəsi olduğunu bildiriblər.