Gədəbəy Rayon Mərkəzi Xəstəxanası şəhid atasına qarşı zorakılıq iddiaları ilə bağlı açıqlama yayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edən Əmirxan Aslanov bildirib ki, həkimlə vətəndaş arasında kiçik anlaşılmazlıq olub:
“Burada hər hansı təhqirdən və ya davadan söhbət gedə bilməz. Bununla bağlı vətəndaş qəbul olunub, üzr istənilib. Həkimə isə xəbərdarlıq edilib”.
Qeyd edək ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailəsinə qarşı zorakılıq iddiaları ilə bağlı videoçarx yayılıb.