Azərbaycan Gürcüstana başsağlığı verdi

Azərbaycan Gürcüstana başsağlığı verdi backend

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.

Qazilər.az xəbər verir ki, başsağlığı mətni XİN-in tviter hesabında yayılıb. 

“Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir”, - başsağlığında vurğulanıb. 

Qeyd edək ki, Batumi şəhərində binanın çökməsi nəticəsində 6 nəfər ölüb, üç nəfərin axtarışları isə davam etdirilir.

Həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq həmin gün ölkə ərazisində dövlət bayraqları endiriləcək.

loading...
Aydinyol.az