Fuad Muradov bir qrup diaspor nümayəndəsi ilə görüşdü - FOTO

Fuad Muradov bir qrup diaspor nümayəndəsi ilə  görüşdü -  FOTO backend

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda səfərdə olan bir qrup diaspor nümayəndəsi ilə görüş keçirilib.

Dövlət Komitəsindən Qazilər.az-a verilən məlumata görə, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan görüşü açıq elan komitə sədri Fuad Muradov diaspor nümayəndələrini Bakıda salamlamaqdan məmnun olduğunu bildirib.

O, Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində göstərdikləri fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə təşəkkürünü bildirib, həmvətənlərimizi Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq müxtəlif ölkələrdə açılan “Azərbaycan evləri”nin və Koordinasiya şuralarının, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış "Qarabağ məktəbləri"nin fəaliyyətində yaxından iştirak etməyə dəvət edib, yaşadıqları ölkələrin cəmiyyətlərinə fəal inteqrasiya olmağa çağırıb.

Diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsinin, lobbiçilik sahəsində hədəflərə doğru məqsədəuyğun şəkildə irəliləməyin, yerli KİV-lərlə sıx əməkdaşlığın önəmi və digər vacib məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxışdan sonra diaspor nümayəndələrinin apardığı müzakirələr zamanı Dövlət Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş addımları yüksək qiymətləndirilib, diaspor təşkilatlarının və “Azərbaycan evləri”nin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı hesabat təqdim edilib, diaspor nümayəndələrinin Şuşaya səfərlərinə həsr edilmiş videoçarxlar nümayiş olunub.

Diaspora