Bu gün Vətən müharibəsində şəhid olan Tibb xidməti leytenantı Turqut Xəlilbəylinin anım günüdür.
Qazilər.az xəbər verir ki, Xəlilbəyli Turqut Nadir oğlu 1993-cü il iyulun 4-də Şərur şəhərində anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn olunub.
Turqut Xəlilbəyli şəhadətindən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə" medalı , "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


