Nazirlik 9 ayın sosial göstəricilərini açıqladı

Nazirlik 9 ayın sosial göstəricilərini açıqladı backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-sentyabr aylarında 107 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb. Onlardan 19 mini pensiya, 88 mini müavinət və təqaüd təyinatları olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qazilər.az-a verilən məlumata görə, vətəndaşların həmin sosial təminat növlərinə hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, proaktiv şəkildə onlara həmin sosial ödənişlər təyin edilib.

2019-cu ilin əvvəlindən başlayaraq ötən dövrdə pensiyaların və sonralar müavinət və təqaüdlərin  təyinatı elektronlaşdırılıb.

Cari ilin 1 oktyabr tarixinədək həmin sosial təminat növləri üzrə ümumilikdə 233 min təyinat e-qaydada həyata keçirilib. Onlardan 44,7 mini pensiya, 188,3 mini müavinət və təqaüd təyinatı olub.

Diaspora