Azərbaycan Nigeriyada keçirilən mədəniyyət festivalında təmsil olunub - FOTO

Azərbaycan Nigeriyada keçirilən mədəniyyət festivalında təmsil olunub -  FOTO backend

“Azərbaycanın Dostları” Təşkilatı Nigeriyanın Laqos şəhərində keçirilən “Banana Mədəniyyət Festivalı”nda təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qazilər.az-a verilən məlumata görə, festival Nigeriyada yaşayan müxtəlif icmaların öz ölkələrini təmsil və təbliğ etmək, tarixləri, mədəniyyətləri və milli mətbəx nümunələri barədə məlumatları yerli ictimaiyyətlə paylaşmaq məqsədilə təşkil edilib.

Azərbaycan guşəsində festivalın qonaqlarını milli geyimdə “Azərbaycanın Dostları” Təşkilatının prezidenti Billurə Bayramova və icma üzvləri qarşılayıblar. Qonaqlara ölkənin qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib, onlara müxtəlif dillərə tərcümə edilmiş “Arşın mal alan” bədii filminin DVD-ləri və milli mətbəx nümunələri təqdim olunub.

Qeyd edək ki, festivalı Nigeriyanın rəsmi şəxsləri, müxtəlif ölkələrin səfirləri və Laqos şəhərində yerləşən məşhur şirkətlərin nümayəndələri ziyarət ediblər.

Diaspora