Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşüb - FOTO

Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşüb -  FOTO backend

Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, əvvəlcə Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə tərəflər hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

***15.08

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, bölgədə təhlükəsizliyin önəmi və birgə layihələrin uğurla həyata keçirilməsi müzakirə olunub.

Tərəflər hərbi təhsil sahəsində əməkdaşlığı və mövcud ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini də nəzərdən keçiriblər.

Diaspora