Sabahın HAVA PROQNOZU - Yağış yağacaq

Sabahın HAVA PROQNOZU - Yağış yağacaq backend

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də gün ərzində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16, gündüz 17-19 dərəcə olacaq. Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərzilərdə qar yağacağı ehtimalı var.Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 14-17 dərəcə, dağlarda gecə 0-4 dərəcə, gündüz 4-7 dərəcə olacaq.

loading...
Aydinyol.az