Azərbaycanlı dizaynerin “Sumax” adlı kolleksiyası Parisdə təqdim edilib

Azərbaycanlı dizaynerin “Sumax” adlı kolleksiyası Parisdə təqdim edilib backend

AFFFAIR markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsi çərçivəsində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.

Qaziler.az xəbər verir ki, dizayner kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, əvəzolunmaz zərifliyindən, Qarabağ xalça məktəbinin nümunələrindən ruhlanaraq ərsəyə gətirib.

Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.

Modelyer ruhunu, gücünü və sevgisini bu möhtəşəm layihənin yaradılmasına sərf etdiyini bildirib.

Azərbaycan xalçaçılıq sənətinin göz oxşayan çalarlarını özündə əks etdirən kolleksiya böyük maraqla qarşılanıb.

“Haute Couture Sumakh” kolleksiyasının bundan sonra Moskvada, Bakıda və Nyu-Yorkda nümayişi planlaşdırlır.

Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.

Qeyd edək ki, modelyer Türkiyə Moda Dizaynerləri Assosiasiyası tərəfindən “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görülüb. Onun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.

loading...
Aydinyol.az