Doğum günü olan şəhidlər - FOTO

Doğum günü olan şəhidlər -  FOTO backend

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən 11 nəfərin doğum günüdür.

Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiram və hörmətlə yad edir:

Gizir Əliyev Vüsal Məhəmmədəli oğlu 1991-ci il oktyabrın 2-də Cəlilabad rayonunun Komanlı kəndində anadan olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Vüsal Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Əliyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Vətən uğrunda” medalı, “Vətənə xidmətə görə” ordeni 3-cü dərəcəli və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ kiçik çavuş Əmrahov Saməddin Şamil oğlu 1978-ci ildə Kəlbəcər şəhərində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1985-1993-cü illərdə Kəlbəcər şəhərində 3 nömrəli tam orta məktəbdə, 1993-1996-cı illərdə isə Calut kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Aysu adında qızı və Şamil adında oğlu Vətənə yadigar qalıb. Saməddin Əmrahov 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Calut kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Saməddin Əmrahov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Gizir Nəhmətov Vüsal Üzeyir oğlu 1987-ci il oktyabrın 2-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Vüsal Nəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Nəhmətov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Vüsal Nəhmətov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Nuhiyev Musa Nüsrət oğlu 1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Musa Nuhiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Musa Nuhiyev oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Kapitan Pənahov Rövşən Mahmud oğlu 1989-cu il oktyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz açıb. 1995-2006-cı illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Rövşən Pənahov xidmət illəri ərzində “Qüsursuz xidmətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalları ilə təltif edilib. 2016-cı ilin aprel ayının 1-də başlayan və 5-də bitən Dördgünlük müharibədə iştirak edib. Aprel döyüşlərindəki xidmətinə görə “kapitan” hərbi rütbəsi alıb. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Rövşən Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rövşən Pənahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb. Ailəli idi. Vətənə əmanət bir qızı, bir oğlu qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Qasımov Mustafa Dadaş oğlu 1995-cu il oktyabrın 2-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. 2002–2013-cü illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alıb. Mustafa Qasımov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mustafa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mustafa Qasımov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 22-də Tovuz rayonunun Qaralar kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Mustafa Qasımov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edildi.

Əsgər Qasımov Mürtaza Elman oğlu  2001-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Əli Kərimov adına Cəlilabad rayon Gülməmmədli kənd tam orta məktəbində təhsil alıb. Mürtaza Qasımov 2019-cu ilin oktyabr ayından Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Mürtaza Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Mürtaza Qasımov 8 noyabr 2020-ci ildə Zəngilan rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 9 noyabr 2020-ci il tarixdə Cəlilabad rayonunun Gülməmmədli kəndində dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Mürtaza Qasımov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Quliyev Sehrulla Xeyrulla oğlu 1999-cu il oktyabrın 2-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Sentyabrın 24-də səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Atası Xeyrulla Quliyevin sözlərinə görə, sevinərək cəbhəyə yollanıb. Qardaşı ilə birlikdə Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda vuruşub. 2020-ci il oktyabrın 21-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Sehrulla Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif  edilib.

Əsgər Səfərəliyev Rəşad Fərman oğlu 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Rəşad Səfərəliyev sentyabrın 27-də şəhid olub. Xaçmaz rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Rəşad Səfərəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

Əsgər Xəmmədov Əmral Zaur oğlu 2 oktyabr 2001-ci ildə İmişli rayonunun Çaxırlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Çaxırlı kənd tam orta məktəbində alıb. Əmral Xəmmədov Xüsusi Təyinatlı Dəstələrin əsgəri olaraq xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Əmral Xəmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ və Cəbrayıl döyüşlərində vuruşmuşdur. Əmral Xəmmədov 15 oktyabr 2020-ci ildə Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.

loading...
Aydinyol.az