Bakının girişində böyük ət kəsimi məntəqələri

Bakının girişində böyük ət kəsimi məntəqələri backend

Ölkə vətəndaşlarının yaxşı ət alması üçün də şərait yaradılacaq. Paytaxtın girişində ət kəsimi məntəqələri tikilə bilər. Bu məntəqələrə nəzarətin mərkəzləşdirilmiş qaydada olması nəzərdə tutulur.

Ölkə vətəndaşları paytaxtda fəaliyyət göstərən istər super marketlərdən, istərsə də küçədə olan pərakəndə satış məkanlarından ət alarkən bir məsələni düşünürlər. Aldıqları ət gigiyenik baxımdan təmiz və təzədirmi?

Bəzən böyük marketlərdə qiymətlərin baha olması və ya məhsulun soyuducuda olsa belə bir neçə gün qalması, sakinləri çox vaxt pərakəndə şəkildə satılan ət dükanlarına üz tutmalarına səbəb olur.

Amma burada da alıcılar ət təzə olsa belə onda yarana biləcək infeksion xəstəliklərdən sığortalanmayıblar.

Bütün bu amilləri nəzərə alaraq Kənt Təsərüffatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Şamaxı, Səlyan və Quba istiqamətlərindən paytaxta girişdə böyük ət kəsimi məntəqələrinin tikiləməsini nəzərdə tutan layihə təklif edir.

Qurumdan verilən məlumata görə, məntəqələrin yaradılmasında məqsəd şəhərə diri heyvanların gətirilməsinin qarşısını almaq, eyni zamanda həmin ət kəsimi məntəqələrinə mərkəzləşdirilmiş qaydada nəzarət etməkdir. Yəni şəhərə ət bir neçə iri qəssabxanadan daxil olacaq.

Mütəxəssislər bu təklifi müsbət qarşılasa da, burada əsas problemi alıcılarla qurum əməkdaşları arasında yarana biləcək inamsızlığda görürlər.

“Çox təəssüflər olsun ki, Azərbaycan istehlakçısı gözləri ilə gördüyü mala tələbat yaradır. Məhz bu məqsədlə də istehlakçı ilə baytarlar arasında paralel iş aparılmalıdır ki, insanların baytarlara olan inamı artsın. Nəticədə insanlar birbaşa super marketlərdən təmiz və təhlükəsiz ət alsınlar”, – deyə Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov bildirib.

Mütəxəssislər görülücək bütün işlərdə şəffaflığın olmasını, eyni zamanda vətəndaşların fikrini əsas götürməyi vacib sayır. Çünki qəssabxanalara üz tutan hər bir vətəndaş üçün yeyəcəyi ətin harada və necə kəsilidiyi maraqlıdır.

Ümid edək ki, bu tikinti layihəsində reallaşacaq ət kəsimi məntəqələri vətəndaşlara sağlam və daha keyfiyətli ət məhsullarının təqdim edilməsində öz tövhəsini verəcək.
Diaspora