On aylıq şəhid Narin Xaliqova - VİDEO

On aylıq şəhid Narin Xaliqova -  VİDEO backend

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil olundu. Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu nümayiş etdirdilər. Mehriban Əliyevanın fotosunun tuttuğu Narin Xalıqova erməni terrorunda nəticəsində öldürülən ən kiçik həmvətənimizdir. Bu körpənin heç bir yaşı da yox idi. Narin dünyaya gəldiyi zaman  Əsgərovlar ailəsini sevincə qərq etmişdi. Ana nənəsi Silduz Əsgərova deyir ki, hər kəs onun dünyaya gəlişini tam 5 il gözləyib. 

Oktyabrın 17 Gəncə şəhəri sonuncu dəfə raket atəşinə tutulan zaman  balaca Narinlə yanaşı onun anası Sevil Əsgərova, dayısı Bəxtiyar Əsgərov, babası Sulidin Əsgərov və ölümündən bir gün sonra ad günü olan 15 yaşlı xalası qızı Nigar Əsgərova dünyasını dəyişib. Əsgərovlar ailəsi bir gecədə tam 5  üzvünü itirib.  Silduz xanım ürəyindəki ağrıları, acıları boğmağa çalışıb, toxtaqlıq tapıb müsahibəyə davam edir.  Bildirir ki,  anım günündə vitse-prezident Mehriban Əliyeva Narinin fotosu ilə həm də dünyaya mesaj vermiş oldu. Ermənistan hakimiyyəti uşaq qatilidir.

Bu gün Silduz Əsgərova yaxınlarının xatirə dolu forolarına baxır. Sanki zamanı geri çevirircəsinə hər fotonun necə və harada çəkildiyi haqqında danışır.  İndi Əsgərovlar ailəsinin tək təsəllisi ordumuzun qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi və  şəhidlərimizin qanlarının yerdə qalmamasıdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Diaspora